İRAN TUMANBAĞINI GEC BAĞLADI
ABŞ-la İranın oyununda təbii ki, mən qonşuların tərəfini saxlayırdım. Hər halda yaxın qonşu qohum da olmayan uzaqdan yaxşıdı.
İran dövləti başqa, xalqı başqa. İran dövlətinin siyasətini bir azərbaycanlı kimi heç vaxt qəbul etməmişəm və etməyəcəm də. Erməninin dostu bizim dostumuz ola bilməz.
Deyə bilərsiniz ki, bəs niyə futbolda İranın tərəfini saxlayırsan?
Birincisi, mən Murad Yakına görə, İsveçrənin qələbəsini arzulayıram həmişə. İlkay Gündoğana görə də istəyirəm almanlar qalib gəlsin.
İndi İranın milli komandasında üç türk oynayır. Özdə gözəl futbolçulardı. Bundan başqa İranda qırx milyon Azərbaycan türkü yaşayır. İran qalib gəlsəydi, o qırx milyon Azərbaycan türkü də sevinəcəkdi. Necə ki, mən bir İlkay Gündoğana görə, Almaniyanın qələbəsini arzulayıram. İndi görün, qırx milyon Azərbaycan türkü İranın qələbəsinə nə qədər sevinir.
Təəssüf ki, uşaqlar özlərini öldürsələr də, xüsusilə ikinci hissədə məşqçinin günahı ucbatından oyunları alınmadı. Pərakəndəlik yıxdı evlərini.
Təəssüf edirəm.
İnanmadıqları Allah İran dövlətini haqq yola, islam yoluna döndərsin. İnanmadıqları Allah İran dövlətini oturub durduqları yezid və şümürlərdən uzaq eləsin. Erməni ilə dost olan axırda erməninin gününə qalacaq.
Nə isə...
Digər Xəbərlər
28 Sentyabr 2026 19:50
"Sumqayıt" amerikalı basketbolçunu heyətinə qatdı
28 Sentyabr 2026 18:28
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
28 Sentyabr 2026 17:58
“Parma” baş məşqçisi ilə yollarını ayırdı
28 Sentyabr 2026 09:48
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
28 Sentyabr 2026 09:11
Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
27 Sentyabr 2026 19:15
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
27 Sentyabr 2026 16:48
Azərbaycan - Litva qarşılaşması üçün start heyətlər açıqlandı
27 Sentyabr 2026 14:16


Bakı -°C

