19 Iyul 2024 16:26
197
DÜNYA

"İran üçün Zəngəzur bölgəsinin təhlükəsizliyi vacibdir" - Səfir

İran tərəfi üçün Sünik (Zəngəzur - red.) bölgəsinin təhlükəsizliyi vacibdir. 

Adalet.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib. 

"Bu, İran və Ermənistan arasında təhlükəsizliyin və ticarətin təmin edilməsində böyük rolu olan strateji regiondur. İranın Qafan şəhərində baş konsulluğunun açılması sərhəd əlaqəsinin yaxşılaşmasına töhfə verdi", - deyə o vurğulayıb.