İran XİN sözçüsü Nensi Pelosinin çağırışını tənqid edib
Nensi Pelosi ABŞ administrasiyasını İranın iqtisadiyyatını sarsıtmağa çağırır ki, adi iranlılar, hətta kənd sakinləri də əziyyət çəksinlər.
Adalet.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb.
"Siyasi təzyiq vasitəsi xatirinə mülki əhaliyə qəsdən ağrı və əziyyət vermək terrorizmin klassik tərifidir" , - Bəqai qeyd edib.
Onun fikrincə, Pelosinin çağırışı təkəbbürlü düşüncədən qaynaqlanır: "Bu cür davranış insanlığa qarşı cinayətə bərabərdir".
Xatırladaq ki, 2025-ci il noyabrın 6-da ABŞ Prezidenti Donald Tramp Nensi Pelosinin təqaüdə çıxmasını böyük hadisə adlandırıb. "O, pis, korrupsioner idi və ölkəmiz haqqında mənfi fikirdə idi", - Tramp bildirib.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

