İranda aksiyalarda saxlanılanlar əfv ediləcək?
Etirazlarda saxlanılan iranlılar əfv edilməyəcək.
Adalet.az xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni-Ejei bildirib.
O, saxlanılan etirazçıların 1979-cu il İslam İnqilabının ildönümü münasibətilə keçirilən illik əfv proqramlarına daxil edilməyəcəyini açıqlayıb.
"Təhlükəsizlik məsələləri ilə bağlı hər hansı bir şəkildə bütün məhbusların adlarının əfv siyahısından çıxarılması barədə əmr verdim", - deyə Möhsəni-Ejei bildirib.
O əlavə edib ki, son etirazlarla əlaqəli təqsirləndirilən şəxslər və məhkumlar da 11 fevrala planlaşdırılan əfvlərə daxil edilməyəcəklər.


Bakı -°C

