Rusiya bir gecədə 70 PUA vurdu
Hava hücumundan müdafiə qüvvələri Rusiya bölgələri üzərində 69 Ukrayna dronunu məhv edib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, ən çox sayda dron Kursk və Bryansk bölgələri üzərində ələ keçirilib, burada müvafiq olaraq 28 və 27 PUA vurulub. Daha beş dron Belqorod bölgəsi üzərində, üçü isə Tula bölgəsi üzərində məhv edilib. Bundan əlavə, Orel və Kaluqa bölgələri üzərində iki dron vurulub.


Bakı -°C

