İranda bu şəxslər haqqında edam hökmü çıxarıldı
İran Xalq Mücahidləri Təşkilatının iki təəssübkeşi barəsində ölüm hökmü çıxarılıb.
Adalet.az “Voanews”a istinadən xəbər verir ki, bu barədə məlumatı İran Milli Müqavimət Şurası yayıb.
Bildirilib ki, İranın Tehran əyalətinin 26-cı İslam məhkəməsinin hakimi İman Əfşari Xalq Mücahidləri Təşkilatının iki təəssübkeşi 69 yaşlı Behruz Ehsani və 48 yaşlı Mehdi Hüsni barəsində ölüm hökmü çıxarıb. Onlar “məxfi informasiya toplamaqda”, “İranın milli təhlükəsizliyinə zərbə vurmaqda”, “dövlətə xəyanət etmək” maddələri üzrə ittiham olunurlar.
Hər ikisi 2022-ci ildən Tehranda Evin zindanında saxlanılır.
Xalq Mücahidləri Təşkilatı İrandakı mövcud hakimiyyətə müxalifdir. Əvvəllər İraq ərazisində yerləşirdi.
Digər Xəbərlər
26 Sentyabr 2026 10:23
Panda diplomatiyası geri döndü
26 Sentyabr 2026 10:00
“İran artıq ABŞ-yə etibar etmir”
26 Sentyabr 2026 09:52
“İnsanları dəyənəklə əhliləşdirmək lazımdır” - Ukraynada səfərbərlik qalmaqalı
26 Sentyabr 2026 00:10
Xəzərdə batan hərbçilərin adları açıqlandı - Yaxınları fəryad etdi - VİDEO
26 Sentyabr 2026 00:00
Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb
25 Sentyabr 2026 23:52
Gürcüstan 10 ildir axtarışda olan şəxsi ABŞ-yə təhvil verdi
25 Sentyabr 2026 23:41
Putindən Ukrayna, Avropa və ABŞ ilə bağlı açıqlamalar
25 Sentyabr 2026 23:00


Bakı -°C

