adalet.az header logo
  • Bakı -°C
09 Fevral 2026 13:55
101
DÜNYA
A- A+

İranda fəal Nərgiz Məhəmmədi həbs edildi

İranlı insan haqları fəalı və 2023-cü il Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi yeddi ildən çox müddətə həbs cəzasına məhkum edilib.

Adalet.az xəbər verir ki, bu barədə onun vəkili Mustafa Nili məlumat yayıb.

Onun sözlərinə görə, hökm 7 fevralda Məşhəd şəhər məhkəməsi tərəfindən çıxarılıb. Məlumata görə, Nərgiz "toplaşmaq və sui-qəsd ittihamı ilə altı il həbs cəzasına, təbliğat ittihamı ilə bir il yarım müddətinə və iki illik səyahət qadağasına məhkum edilib". Nili əlavə edib ki, Məhəmmədi həmçinin Tehranın təxminən 740 kilometr cənub-şərqində yerləşən Hosf şəhərində əlavə iki il daxili sürgün həyatı yaşayıb.

Tərəfdarlarının sözlərinə görə, dekabr ayında etiraz aksiyası zamanı həbs olunan Məhəmmədi fevralın 2-dən bəri aclıq aksiyası keçirir.