İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmış, 1 nəfər saxlanılmışdır.
Belə ki, mart ayının 18-də 6 kiloqram 670 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini - 1995-ci il təvəllüdlü Vahidov Fuad Əlimədət oğlu saxlanılmış, mart ayının 25-də keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə 10 kiloqram 600 qram narkotik vasitə marixuana aşkarlanaraq xidməti ərazidən götürülmüşdür.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

BNMİ-dən növbəti əməliyyat - 20 kq narkotik vasitə aşkarlandı - VİDEO

"Qondarma rejimin "müdafiə naziri"ni Ermənistan prezidenti təyin edirdi" - Manukyan

"Qarabağa silahlar Ermənistandan gətirilirdi" - Manukyandan etiraf

Bakıda oğurluq edənlər saxlanıldı

"Azərbaycan hərbçilərinə qarşı döyüşdüyümə görə ordenlə təltif olunmuşam" - MƏHKƏMƏ

David İşxanyan: Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi
