Daxili bazar niyə qorunmur?!
Hər bir ölkənin iqtisadi siyasəti var. O, siyasət bir qolu da bundan ibarətdir ki, daxili bazar qorunmalıdır.
Amma qorumayanda bazarda yerli məhsullar az olur və qiymətlər kəllə- çarxa qalxır.Dəfələrlə İrana getmişlk.Orda gömrükdə elan vurulmuşdu ki, qənd, yağ, düyü, çay, pendir aparmaq qadağandır. Amma buna baxmayaraq, bizim vətəndaşlar aparılması qadağan edilmiş ərzaq məhsullarını gömrükdən keçirməyə cəhd edirdilər.İran gömrüyü isə Azərbaycan vətəndaşlarının yükündə buna aşkar edəndə onu alır, kənara qoyurdular. Həmin məhsullarından böyük bir təpə yaranırdı.
Ancaq gizlin aparanlar da vardı. O da az miqdarda. Çox təəssüf ki, bizdə əlaqədar qurumlar daxili bazarı ya qorumaq istəmir, ya da qorumağı bacarmır. Pomidorun, kartofun, almanın, xiyarın və digər meyvələrin qıt vaxtı həmin məhsullar Rusiya bazarlarına aparılır.
Əlaqədar qurumlar isə buna göz yumur.İndi də mal və quzu əti lap bahalaşıb. Deyilənlərə görə, bizim kəsilmiş quzuları Ərəb ölkələrinə aparırlar. Çünki bizim quzular çox dadlı olur. Ölkədə isə ət istehsalı günbəgün azalır. Əgər daxili bazar qorunmasa, heyvandarlıq sahəsində inkişaf olmasa və eləcə də bəzi qabaqlayıçı tədbirlər görülməsə, mal ətinin kiloqramı 20 mana, quzu əti isə 30 manat olacaq! Bəs onda görəsən , aidiyyatı qurumlar nəyi gözləyirlər? Niyə hərəkət etmirlər? Görünən odur ki, daxili bazar yaxşı qorunmur, hər gün olmasa da, tez- tez kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşır!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Iyul 2026 17:47
Ağdamda xəstəxana tikintisinin davamına 17 milyon manat xərclənəcək
25 Iyul 2026 09:53
Azərbaycan nefti ucuzlaşdı
24 Iyul 2026 09:44
“Almaniya Avropada təbii qaza ən çox tələbatı olan ölkədir”
23 Iyul 2026 17:12
Xəzər konsorsiumu neft nəqlini dayandırdı
23 Iyul 2026 11:21
“Bu əməkdaşlıq Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı...”
23 Iyul 2026 09:52
Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı
22 Iyul 2026 10:06
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
22 Iyul 2026 09:39


Bakı -°C

