İrandan Azərbaycana narkotik keçirmək istədilər

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, iyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd Metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Sumqayıtda kişi mübahisə etdiyi şəxsi bıçaqladı

Bakıda avtomobildən oğurluq edildi

İsmayıllıda 32 yaşlı şəxs bıçaqlandı

Narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı

"Yerimizdə başqası olsa, nə edərdi onu özlərinə sual versinlər" - Babayan

Vardanyan vəkili ilə gizli görüş istədi

Qubada saxlanılandan 8 kiloqram narkotik vasitə aşkarlandı
