İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana PUA ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən 2 ) nəfər naməlum şəxs müşahidə olunub.
Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – 1993-cü il təvəllüdlü Mərdanov Natiq Vahid oğlu və 1995-ci il təvəllüdlü Mahmudov Elşən Arif oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
23 Fevral 2026 18:48
Müşfiq Abbasov həbs edildi
23 Fevral 2026 17:11
Astarada 10 kq narkotik aşkarlandı - VİDEO
23 Fevral 2026 12:23
Bakıda 7 evdən oğurluq etdilər - VİDEO
21 Fevral 2026 22:43
Lənkəranda DƏHŞƏT - Əvvəlcə arvadını, sonra özünü güllələyib öldürdü
21 Fevral 2026 17:01
Narkotiklərlə bağlı 40-a yaxın fakt müəyyən edilib
21 Fevral 2026 12:00
Polis ötən gün Azərbaycanda 20 silah aşkarlayıb
21 Fevral 2026 11:09
7 kiloqramdan çox narkotik vasitə aşkarlandı
21 Fevral 2026 11:02


Bakı -°C

