adalet.az header logo
  • Bakı -°C
21 Fevral 2026 22:43
81
KRİMİNAL
A- A+

Lənkəranda DƏHŞƏT - Əvvəlcə arvadını, sonra özünü güllələyib öldürdü

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Adalet.az Apa-ya istinadən xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.