adalet.az header logo
  • Bakı -°C
21 Fevral 2026 23:52
75
GÜNDƏM
A- A+

Türkiyə parlamentində Xocalı soyqırımının anım mərasimi keçiriləcək

Fevralın 25-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr idarəsinin konfrans zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

Adalet.az xəbər verir ki, qanlı faciənin 34-cü ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarı Ankarada fəaliyyət göstərən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).

TBMM-nin himayəsi ilə keçiriləcək tədbirə təşkilati dəstəyi ölkəmizin Türkiyədəki səfirliyi göstərəcək.

Tədbirdə Azərbaycan və Türkiyənin insan hüquqları üzrə müvəkkillərinin (ombudsmanların) də iştirakı gözlənilir.