adalet.az header logo
  • Bakı -°C
29 Avqust 2026 09:20
78
DÜNYA
A- A+

İrandan Hörmüz boğazının açılması üçün - Şərt

“ABŞ İslamabad sazişinin şərtlərini yerinə yetirsə, Hörmüz boğazı açıla bilər”.

Adalet.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına açıqlamasında deyib.

O bildirib ki, Omanla Hörmüz boğazından keçid üçün tranzit marşrutu ilə bağlı razılıq əldə olunub.

Prezidentin sözlərinə görə, ABŞ 17 iyunda Pakistanın vasitəçiliyi ilə imzalanan anlaşma memorandumunda nəzərdə tutulan öhdəlikləri yerinə yetirərsə, boğazın açılması mümkündür.

İran Prezidenti Omanla aparılan müzakirələr zamanı Hörmüz boğazının “razılaşdırılmış xəritə əsasında” yenidən açılması ilə bağlı razılıq əldə edildiyini bildirib.

Pezeşkian deyib ki, Hörmüz boğazı üçün hazırlanan yol xəritəsi Ali Lider Ayətullah Müctəba Xameneiyə təqdim edilib və İnqilab Keşikçiləri, hərbi qüvvələr və danışıqlar qrupunun nümayəndələri tərəfindən qəbul olunub.

İran Prezidenti əlavə edib ki, marşrut müəyyən edilmiş çərçivəyə uyğun şəkildə açılacağı təqdirdə ABŞ də öz öhdəliklərini yerinə yetirməlidir.

Onun sözlərinə görə, Vaşinqton dəniz blokadasını və sanksiyaları ləğv etməli, dondurulmuş İran aktivlərini azad etməli və İsrailə Livandakı hərbi fəaliyyətini dayandırması üçün təzyiq göstərməlidir.

Pezeşkian İranın Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Misir, Azərbaycan və Türkmənistanla ortaq anlaşma yaratmaq istədiyini də açıqlayıb.

“Bunun üçün zəmin hazırdır; sadəcə baxışlarımızı düzəltməliyik”, – İran Prezidenti əlavə edib.