ABŞ-də nüvə müharibəsi təşvişi - Vaşinqtonda xüsusi eskadrilya yaradıldı
ABŞ-də nüvə müharibəsi təhlükəsi yarana biləcəyi təqdirdə ölkənin ali rəhbərliyinin təcili təxliyəsini təmin etmək üçün yeni helikopter eskadrilyası yaradılıb.
Adalet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Endryus” hərbi hava bazasının mətbuat relizində məlumat verilib.
Bəyanatda bildirilir ki, 24-cü helikopter eskadrilyası Milli Paytaxt Regionunda fövqəladə hallarda dövlət idarəçiliyinin fasiləsizliyini təmin etmək tapşırıqlarını dəstəkləmək üçün rəsmi olaraq formalaşdırılıb.
Yeni xüsusi bölmə köhnəlmiş “UH-1N Huey” modellərini əvəz edən müasir “HH-60W Jolly Green II” helikopterləri ilə təchiz olunacaq.
Xatırladaq ki, bir qədər əvvəl Missuri Universitetinin professoru Maykl Hadson amerikalı generalların Prezident Donald Trampın nüvə müharibəsi başlada biləcəyindən ehtiyat etdiklərini bildirmişdi. Ekspertin iddiasına görə, generallar bu riskə görə nüvə kodlarını ölkə rəhbərinə təhvil verməkdən imtina edirlər.
Digər Xəbərlər
29 Avqust 2026 10:01
“Bosniya qəssabı” dövlət mərasimi ilə dəfn ediləcək - Qalmaqallı qərar
29 Avqust 2026 09:47
ABŞ-dəki seçkilərdə namizəd olmaq istəyir?
29 Avqust 2026 09:43
Ebola əleyhinə ilk vaksinasiya kampaniyasına başladılar
29 Avqust 2026 09:20
İrandan Hörmüz boğazının açılması üçün - Şərt
29 Avqust 2026 00:45
Zelenski işdən azad etdi, İtaliyada isə vəzifə verdilər
29 Avqust 2026 00:26
ABŞ-da Kosmik Akademiya yaradılacaq - Trampdan FƏRMAN
29 Avqust 2026 00:21
Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq
29 Avqust 2026 00:11


Bakı -°C

