adalet.az header logo
  • Bakı -°C
28 Fevral 2026 13:54
73
GÜNDƏM
A- A+

İrandan keçən Bakı-Naxçıvan reysləri DAYANDIRDI

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.  

Bu barədə Adalet.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Bildirilib ki, fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi,  Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınır. 

Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.  

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Məlumatda həmçinin qeyd olunub ki, yük nəqliyyat vasitələrinin isə İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur. Daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir. Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək.