adalet.az header logo
  • Bakı -°C
28 Fevral 2026 14:59
113
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanı İranın hücumlarını sərt şəkildə QINADI

Səudiyyə Ərəbistanı Krallığı İranın qonşu dövlətlərə raket hücumu şiddətlə qınayıb.

Adalet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: “Səudiyyə Ərəbistanı Krallığı İranın təcavüzkar hücumunu və Birləşmiş Ərəb Əmirlikləri Dövləti, Bəhreyn Krallığı, Qətər Dövləti, Küveyt Dövləti və İordaniya Haşimilər Krallığının suverenliyinin açıq şəkildə pozulmasını ən sərt şəkildə qınayır və pisləyir. Krallıq qardaş ölkələrlə tam həmrəy olduğunu, onların yanında dayandığını və qəbul edəcəkləri bütün tədbirlərin həyata keçirilməsində bütün imkanlarını səfərbər etməyə hazır olduğunu bildirir. Həmçinin dövlətlərin suverenliyinin və beynəlxalq hüquq prinsiplərinin pozulmasının davam etməsinin ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edir".