Oğlu Məsud Pezeşkianın son vəziyyətini AÇIQLADI
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ABŞ-İsrail hücumları zamanı atasının hədəfə alındığını, amma sui-qəsd cəhdindən xəsarətsiz xilas olduğunu açıqlayıb.
Adalet.az xəbər verir ki, o, atasının vəziyyətinin yaxşı olduğunu bildirib.
“Sui-qəsd cəhdləri uğursuz oldu, digər rəsmilər də salamatdır. Yəqin daha uzun sürəcək münaqişə yaşayacağıq və bu, tükəndirmə müharibəsi olacaq. Ona görə də bu günləri aşmaq üçün qətiyyət və səbir vacibdir”, - Yusif Pezeşkian vurğulayıb.


Bakı -°C

