adalet.az header logo
  • Bakı -°C
28 Fevral 2026 17:10
85
DÜNYA
A- A+

İrana zərbələrin ilk GÖRÜNTÜLƏRİ - VİDEO

İsrail ordusu İranın qərb hissəsində yerləşən yüzlərlə hərbi hədəfə silsilə zərbələr endirib.

Adalet.az İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən xəbər verir ki, əməliyyat zamanı İranın raket buraxılış qurğuları, sursat anbarları və digər strateji hərbi infrastrukturları daxil olmaqla, ümumilikdə yüzlərlə obyekt vurulub.

IDF-in yaydığı rəsmi bəyanatda bildirilir ki, zərbələr İranın İsrailə qarşı planlaşdırdığı mümkün raket hücumlarının qarşısını almaq məqsədilə həyata keçirilən “qabaqlayıcı tədbirlər”in tərkib hissəsidir. Ordunun mətbuat xidməti bu səhər keçirilən hava əməliyyatlarının ilk görüntülərini də ictimaiyyətə təqdim edib. Videogörüntülərdə uzaqmənzilli raket qurğularının dəqiqliklə məhv edilməsi anları əks olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında başlayan və “Nərildəyən şir” (Roaring Lion) adlandırılan birgə ABŞ-İsrail əməliyyatı çərçivəsində İranın bir çox şəhərlərində hərbi hədəflər atəşə tutulub. Hazırda İsrail tərəfi İran daxilindən gələn təhdidləri zərərsizləşdirmək üçün hava hücumundan müdafiə sistemlərini tam hazır vəziyyətə gətirib.