Xamenei xalqa müraciət edəcək
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilir.
Adalet.az “Fox News”a istinadla xəbər verir ki, müraciətin ABŞ və İsrailin başlatdığı “Operation Epic Fury” (Epik Qəzəb) və “Lion’s Roar” (Şirin nəriltisi) əməliyyatlarına cavab olaraq ediləcəyi bildirilir.
Nəşrin mənbələrinə görə, hücumların əsas hədəflərindən biri İran parlamenti ( İslam Şurası Məclisi) və Ali Liderin iqamətgahı olub. İsrail ordusunun Ali Liderin yaşadığı əraziyə bir neçə dəqiq zərbə endirdiyi təsdiqlənib.
“Reuters”in məlumatına görə isə, Xamenei hücumlar başlamazdan əvvəl Tehrandan çıxarılıb və hazırda gizli, yüksək səviyyədə qorunan təhlükəsiz yerdədir.
Qeyd edək ki, İranın rəsmi mənbələri Prezident Məsud Pezeşkianın təhlükəsizlikdə olduğunu və dövlət idarəetməsində heç bir boşluğun yaranmadığını vurğulayırlar. Paytaxt Tehranda hərbi obyektlərə və hökumət binalarına yaxın ərazilərdə dağıntıların olduğu bildirilir.
Digər Xəbərlər
28 Fevral 2026 20:14
"Bu faciə millətin yaddaşından silinməyəcək" - Pezeşkian
28 Fevral 2026 20:04
İran Küveytdə hava limanını VURDU - VİDEO
28 Fevral 2026 20:00
Hakimiyyətdən Tehran sakinlərinə: Paytaxtı tərk edin!
28 Fevral 2026 19:51
Dubay hazırda... - VİDEO
28 Fevral 2026 19:05
ABŞ-nin İrana zərbələr zamanı istifadə etdiyi TAKTİKA AÇIQLANDI
28 Fevral 2026 19:00
İranda qızlar məktəbi vuruldu: 70 şagird öldü, 90 yaralı var - YENİLƏNİB
28 Fevral 2026 18:56
Süni intellektdən istifadəni dayandırmağı əmr etdi
28 Fevral 2026 18:51


Bakı -°C

