Rusiya Prezidenti Səyyad Əliyevi təltif etdi - FOTO
Rusiyada yaşayan həmyerlimiz təltif edilib.
Adalet.az xəbər verir ki, Leninqrad vilayətinin Qanunvericilik Məclisinin sədr müavini, deputat Səyyad Əliyev Rusiya Prezidentinin fərmanı ilə “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif olunub.
Qeyd edək ki, Səyyad Əliyev 1967-ci ildə Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Ali təhsilini Leninqradda (sonra Sankt-Peterburq) alıb. Əmək fəaliyyətini 80-ci illərdə başlayan S.Əliyev, bir çox müəsissə və zavodlarda çalışıb. O, taxta məmulatlarının montajçısından rəhbər vəzifələrə qədər yüksəlib.
Eyni zamanda, S.Əliyev aktiv ictimai fəaliyyətlə məşğul olub. 2005-ci ildə S.Əliyev Leninqrad vilayətinin Vsevolojsk rayonunun “Dubrovskoe şəhər qəsəbəsi”nin bələdiyyə qurumunun Deputatlar Şurasının sədri və həmin bələdiyyə qurumunun başçısı seçilib. 2009-cu ildə isə “Dubrovskoe şəhər qəsəbəsi”nin birinci və ikinci çağırış başçısı vəzifəsinə seçilib. Geniş təcrübə və peşəkarlığa malik olan S.Əliyev, 2011-ci ildə Leninqrad vilayətinin Qanunvericilik Məclisinin V çağırış deputatı, 2016-cı ildə isə VI çağırış deputatı, 2021-ci ildə isə VII çağırış deputatı seçilib. Leninqrad vilayətinin Qanunvericilik Məclisinin bir çox komitələrinin fəal üzvü olaraq, S.Əliyev fəal qanunvericilik fəaliyyətində iştirak etməkdədir.
Dövlət və cəmiyyət qarşısında xüsusi xidmətlərinə görə S.Əliyev bir çox mükafatlarla təltif olunub.
Digər Xəbərlər
28 Fevral 2026 15:11
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
28 Fevral 2026 14:00
FHN Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirdi - VİDEO
28 Fevral 2026 13:54
İrandan keçən Bakı-Naxçıvan reysləri DAYANDIRDI
28 Fevral 2026 13:43
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salındı
28 Fevral 2026 12:04
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırdı
28 Fevral 2026 11:03
Paytaxt Bakıdan köçürülsün, hündür binaların tikintisi qadağan olunsun - TƏKLİF
28 Fevral 2026 10:50
Sürücülərin NƏZƏRİNƏ!
28 Fevral 2026 09:55


Bakı -°C

