İrandan külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanıldı - VİDEO
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 19 kiloqram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Əməliyyat nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kiloqrama heroin və 3 kiloqramdan çox psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən daha iki nəfər 44 yaşlı Ramil Həsənov və 38 yaşlı İlham Cümşüdoğlu saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqrama yaxın aşkarlanıb. Bu şəxslər narkotikləri Bakı şəhəri və Abşeron rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
Digər Xəbərlər
11 Iyun 2026 11:34
147 milyon manatlıq narkotik vasitə məhv edildi
10 Iyun 2026 11:39
Yusif Əliyev saxlanıldı - 18 ildir Rusiyada imiş
10 Iyun 2026 11:15
Sürücü sərxoş halda tutuldu, sərnişinindən narkotik aşkarlandı - VİDEO
09 Iyun 2026 17:54
Narkotik qaçaqmalçılığı planı ifşa olundu
08 Iyun 2026 17:38
Novxanıda gizli narkobunker aşkarlandı - Əməliyat görüntüləri
08 Iyun 2026 12:23
Bakıda narkotik satan qadın və onunla əlbir olan kişi həbs edildi
06 Iyun 2026 21:30
Zığda kütləvi dava oldu, tutulanlar var - YENİLƏNİB
06 Iyun 2026 15:55


Bakı -°C

