İrandan narkotik keçirənlərin qarşısı alınıb: DSX və DİN 4 nəfəri saxladı - Fotolar
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, iyul ayının 16-da saat 02:40-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirən Qazax rayon sakini 1984-cü il təvəllüdlü Kamil Səttar oğlu Rəsulov Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.
Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakinləri 1982-ci il təvəllüdlü Elçin Əliağa oğlu İsgəndərov, 1985-ci il təvəllüdlü Gülağa Əliağa oğlu İsgəndərov və 1989-cu il təvəllüdlü Taleh Babakərim oğlu Sariyev Bakı şəhəri ərazisində saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
24 Oktyabr 2026 12:10
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
24 Oktyabr 2026 10:04
Zaqatalada oğurluq edən şəxs tutuldu
24 Oktyabr 2026 09:50
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - VİDEO
23 Oktyabr 2026 16:02
DİN-dən əməliyyat - Həbs edilənlər var
23 Oktyabr 2026 09:53
Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə
22 Oktyabr 2026 17:27
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
21 Oktyabr 2026 13:50
Gürcüstanda əməliyyat keçirilib, 142 nəfər saxlanılıb
21 Oktyabr 2026 12:39


Bakı -°C

