01 Noyabr 2024 16:06
643
SİYASƏT

 İranın 5 noyabra qədər vuracağı "ağır zərbə": "Tarixi qisas" şifrələrinin sirri 

26 oktyabrda İsrail İrana raket zərbəsi endirdi. İran bu zərbəyə cavab verəcəyini elan etdi. Daha dəqiq, İranın ABŞ-da keçiriləcək 5 noyabr prezident seçkilərindən öncə İsrailə zərbə endirəcəyi barədə məlumat yayıldı.

O zaman ağıla ilk gələn sual bu olur: Niyə İran İsrailə dərhal cavab vermir? Məsələn, oktyabrın 28-i, 29-u, 30-u, 31-i, noyabrın 1-i?
Paralel olaraq da insanın ağlına tarixi şifrələr gəlir... noyabrın 5-nə qədər tarixdə hansı hadisə olub ki, İran onun da qisasını alacaq?
Tarixi vərəqləyərkən yada Süveyş müharibəsi düşür. Bəli ikinci İsrail-ərəb müharibəsini deyirik:

1956-cı il oktyabrından 1957-ci ilin martınadək baş verən beynəlxalq münaqişə İslam dünyası ilə xaç dünyasını bir-birinə düşmən edən münaqişələrdən biri olub . Süveyş kanalının administrasiyası ilə i Böyük Britaniya, Fransa və İsrailin fikir ayrılığı adıgedən ölkələrin Misir əleyhinə hərbi əməliyyatlarının başlanması ilə nəticələndi. Tarixi mənbələrə görə, münaqişə SSRİ, ABŞ və BMT-nin səyləri nəricəsində dayandı. Tərəflər öz əvvəlki mövqelərinə qayıtsalar da, hərbi məğlubiyyətə uğrayan tərəf Misir oldu.
Beləki, münaqişə Misir Prezidenti Nasir"in 26 İyul 1956 tarixində, Süveyş kanalını dövlətləşdirmə istəyi və SSRİ-lə yaxınlaşması nəticəsində meydana gəldi. Hücumların əsas səbəbi Nasiri idarəçilikdən götürmək və kanalın idarəsində qərb dövlətlərini lider tutmaq idi.

29 Oktyabr 1956- cı ildə İsrail Sina yarımadasını işğala başladı. Daha sonra Fransanın da döyüşə  qatılması ilə Misirin məğlubiyyəti demək olar dəqiqləşdi. 5 Noyabr tarixinə qədər Fransızlar Qahirəni bombaladılar. İsrail qüvvələri isə Süveyş kanalını işğal etdi.
İranın İsrailə 5 noyabra qədər olacaq zərbəsi , yəqin ki, İsraildən müsəlman dövlətlərinin , xüsusən , Misirin, Seveyş Kanalının  heyfini almaq istəməsindən doğur.
Bu münaqişədə Misir 3.000, İsrail 231,Fransa isə 10 insan itkisi verdi. Halbuki, Misir münaqişəyə 300.00, İsrail 175.000, Fransa isə 34.000 hərbçi ilə girmişdi.

Ehtimal olunur ki, İran zərbə üçün dərindən hazırlaşır və yəhudilərə tarixdə görünməyəcək bir zərbə vurmağa hazırlaşır. İran ABŞ-ın bu hücumdan təsirlənəcəyini düşünür. Çünki, hər zaman İsraili dəstəkləyən və ona həbi yardım göstərən ABŞ höküməti və prezidenti Co Bayden heç vaxt ərəblərin və yaxud İranın səsini dinləməyib. Co Bayden bunu anlayır . Odur ki, ABŞ-nin THAAD raketdən müdafiə sistemləri İrana mümkün ballistik raket hücumuna hazırlıq məqsədilə İsraildə yerləşdirilib.

KİV ötən həftə 20-dən çox Amerika hərbi-nəqliyyat təyyarəsinin İsrailə gəldiyini qeyd edir. Onlar THAAD sisteminin komponentlərini, buraxılış qurğularını, radarları və digər avadanlıqları çatdırıblar.Eyni zamanda yüzlərlə əsgər İsrail Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq çərçivəsində raket əleyhinə sistemlərdə xidmət etmək üçün yerləşdirilib.

 Əntiqə Rəşid