10 Sentyabr 2024 17:07
512
SİYASƏT

İranın Ermənistana can yandırması: Sanki qonşuluqda iki erməni dövləti var

Yəqin ki, xatırlaqyırsınız:Bu ilin aprelində İranın “IranAir” aviaşirkətinə məxsus “Boeing-747” yük təyyarəsi son üç gündə üç dəfəi, Tehrandan İrəvana gəldi. Həmin vaxt Rusiyanın “Telegram” kanallarında deyildi ki, təyyarə əvvəllər İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) istifadəsində olub və hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilib.

Əslində təəccüblənmədik. Çünki son 35 ildə İranın Ermənistana qucaq açması gözümüz qarşısında baş verir. Medianın xəbərlərində də deyildi ki, İran 600 ədədə yaxın “Dehlaviya” və “Almas” tank əleyhinə raket sistemlərini Ermənistana ötürüb. Sonuncu Qarabağ müharibəsində də İranın mövqeyi bizi heyrətə saldı. Ən son isə açılacaq Zəngəzur Dəhlizinə Ermənistandan çox İran qarşı çıxır. Bir sözlə adama elə gəlir ki, sərhəddimizdə əslində iki erməni dövləti var və o iki dövlətdən birinin adı İrandır. Çünki İran öz vətəndaşlarına da göstərmədiyi qayğını ermənilərə göstərir.
Adalet.az xəbər verir ki, ötən gün İranın “Qızıl Aypara” təşkilatı Lori Mərzdə baş verən təbii fəlakətdən zərər çəkənlərə maddi yardım edib.
Hökumətin saytında yer alan xəbərə görə, təşkilat “Ermənistan Qızıl Xaç Cəmiyyəti” QHT-yə təmənnasız paylanması üçün təqribən 22 507 ABŞ dolları dəyərində gigiyena vasitələri, mətbəx qabları, konservlər, xilasedici çadırlar, vedrələr, adyal, xalça, çadır örtükləri verib. İranın bağışladığı yardım Lori bölgəsinin daşqından zərər çəkmiş əhalisinə çatdırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın Lori vilayətində İran şirkəti tərəfindən tikilən körpünün açılışı olub.

 Əntiqə Rəşid