İranın hücumlarını da qəbul etmirik - Ərdoğan
İranın suverenliyini açıq şəkildə pozmaqla yanaşı, dost və qardaş İran xalqının əmin-amanlığına qəsd edən hücumları qınayırıq.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Eyni şəkildə, səbəbi nə olursa-olsun, İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi raket və dron hücumlarını da qəbuledilməz hesab edirik. Müharibənin daha da böyüməməsi və böyük faciələr yaşanmaması üçün başda İslam dünyası olmaqla, bütün aktorlar təcili şəkildə hərəkətə keçməlidir. Biz Türkiyə olaraq problemlərin həll olunması üçün üzərimizə düşən öhdəlikləri edirik və edəcəyik.
Sərhəd təhlükəsizliyimiz və hava məkanımız baxımından heç bir problemimiz yoxdur. Ən yüksək səviyyədə bütün tədbirləri görürük”, - deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran cavab tədbirləri olaraq qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alır.
Digər Xəbərlər
01 Mart 2026 00:11
Tramp: Bu hücumdan özünə gəlmək üçün İrana bir neçə il lazım olacaq
01 Mart 2026 00:08
SON DƏQİQƏ! İsrail Xameneinin öldüyünü AÇIQLADI
28 Fevral 2026 23:55
Xameneinin gəlini və kürəkəni öldürülüb
28 Fevral 2026 21:30
İsrail tarixində ilk dəfə bu cür hücum edir: 200 təyyarə, 500 hədəf
28 Fevral 2026 21:23
İran əsgərləri İsrailə raket atmağa hazırlaşarkən vuruldular - VİDEO
28 Fevral 2026 20:14
"Bu faciə millətin yaddaşından silinməyəcək" - Pezeşkian
28 Fevral 2026 20:04
İran Küveytdə hava limanını VURDU - VİDEO
28 Fevral 2026 20:00


Bakı -°C

