Yeddi Azərbaycan vətəndaşı İrandan TƏXLİYƏ EDİLDİ - YENİLƏNİB
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.
Adalet.az xəbər verir ki, daha bir qrup vətəndaşın Azərbaycana təhlükəsiz keçidi təmin edilib.
***20:39
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.
Adalet.az xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.
Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.
Daha əvvəl Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 85 nəfər həlak olub.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.
Digər Xəbərlər
28 Fevral 2026 19:32
Ramazanın 11-ci günü - Dua, imsak və iftar vaxtı...
28 Fevral 2026 16:33
Rusiya Prezidenti Səyyad Əliyevi təltif etdi - FOTO
28 Fevral 2026 15:11
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
28 Fevral 2026 14:00
FHN Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirdi - VİDEO
28 Fevral 2026 13:54
İrandan keçən Bakı-Naxçıvan reysləri DAYANDIRDI
28 Fevral 2026 13:43
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salındı
28 Fevral 2026 12:04
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırdı
28 Fevral 2026 11:03


Bakı -°C

