adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Avqust 2022 11:54
651
MƏMLƏKƏT

İranlı ekspert həddini aşdı, Azərbaycanı “yaşıl ləkə” adlandırdı

Yəqin ki unutmamısınız: Bu ilin aprelində Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdi. Əlbətdə ki, belə bir xəbər Azərbaycanın dostlarını sevindirər, düşmənlərini də üzər.

Qonşu ölkənin - İranın mediası ilə birgə bəzi ictimai fəalları da həmin vaxt Azərbaycanın uğuruna düşməncə yaxınlaşdı. Məsələn, Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini şəxsi Tvitter hesabında yazdı ki, Şuşada keçiriləcək qurultay İrana qarşı açıq mesajdır: “Bu, İran millətinə qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə etməlidir” . İranlı ekspert hətta Şuşa adını təhrid edərək paylaşımlarında ermənilər kimi “Şuşi” deyə dəfələrlə qeyd edib

Adalet.az Teleqram kanallarına istinadən xəbər verir ki, Azərbaycanı, Türkiyəni hər zaman qaralayan, sərt şəkildə tənqid edən Salar Seyfəddini yenidən qərəzi ilə diqqətləri cəlb edib. O özünün Tvitter hesabında Azərbaycanın yaşıl, İranın isə narıncı rənglə göstərildiyi xəritəni paylaşıb.

Paylaşımına isə bu sözləri əlavə edib: “O yaşıl ləkə iddia edir ki, narıncı rənglə işarələnmiş əraziyə (İran) “min il” (999 deyil) hökmranlıq edib və hətta indi də narıncı ərazinin üçdə ikisi onun “tarixi diyarı”dır və yaşıl ləkənin bir hissəsinə çevrilməlidir”.

Qeyd Qeyd, Qarabağ işğaldan azad olandan sonra İİR Tehrandakı mərkəzi küçələrdən birinin adını dəyişərək “Şuşi” qoyub. Hətta işğal vaxtı Şuşadakı Gövhərağa məscidini fars məscidi kimi təmir edərək onun üzərinə Şuşi məscidi“ yazmışdı. Məhz bu detallar iranlı ekspert Salar Seyfəddini kimi xalqımıza və dövlətimizə qarşı düşmən münasibət bəsləyənlərə bir haqq verir.

 

Əntiqə Rəşid