İraq və İran arasında sərhəd təhlükəsizliyi sazişi imzalandı
İraqa səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani və İraqın milli təhlükəsizlik müşaviri Kasım əl-Araji iki ölkə arasında sərhəd təhlükəsizliyi müqaviləsi imzalayıb.
Adalet.az xəbər verir ki, İraq Baş Nazirliyindən verilən yazılı açıqlamada, sərhəd təhlükəsizliyi razılaşmasının "iki ölkə arasında ortaq sərhədlərin qorunması və müxtəlif təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi" kimi mövzuların yer aldığı bildirilib. Bəyanatda İraqın baş naziri Məhəmməd Şia Sudaninin Şamhanini qəbul etdiyi, bölgədə təhlükəsizliyin təmin edilməsi yolları ilə yanaşı, iki ölkə arasındakı əlaqələrin də müzakirə edildiyi bildirilib.
Görüş zamanı İraq torpaqlarının qonşu ölkələrə hücum üçün istifadəsinə icazə verilməyəcəyini bildirən Sudani, ölkənin suverenliyinə və qonşu ölkələrin təhlükəsizliyinə təhdid yaradan silahlı qrupların öz torpaqlarına sığınmasının əsla qəbul edilməyəcəyini vurğulayıb.
Digər tərəfdən İran İnqilab Keşikçiləri Ordusu İranın “terror təşkilatı” hesab etdiyi Komele və İran Kürdüstan Demokratik Partiyasının (İKDP) düşərgələrinin yerləşdiyi ərazilərə raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
Digər Xəbərlər
24 Sentyabr 2026 23:47
Türkiyəli nazirdən istefa verməsi xəbərlərinə REAKSİYA
24 Sentyabr 2026 23:33
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
24 Sentyabr 2026 23:21
BMT-də 80-ə yaxın ölkə Hörmüzdə gəmiçiliyin bərpasına çağırış edib
24 Sentyabr 2026 23:11
Netanyahunun çıxışı zamanı zalı tərk etdilər - VİDEO
24 Sentyabr 2026 23:08
Şahbaz Şərif və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər
24 Sentyabr 2026 23:00
"TRIPP Hörmüz boğazına alternativ ola bilər" - Uitkoff
24 Sentyabr 2026 20:45
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik
24 Sentyabr 2026 20:29


Bakı -°C

