“İrəli” gəncləri 20 Yanvar faciəsi qurbanlarını anıblar - FOTO +VİDEO
“İrəli” İctimai Birliyi tərəfindən 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.
Həyata keçirilən tədbirlər çərçivəsində “İrəli” gəncləri Şəhidlər xiyabanında Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən igid övladlarımızın məzarını ziyarət edib, onların əziz xatirələrini hörmətlə anıblar.
“İrəli” İctimai Birliyi 250-dən çox gəncin iştirakı ilə “Əbədi məşəl” fləşmobu həyata keçirib. Fləşmobda “İrəli” gəncləri tərəfindən 1200-dən çox şam işığı ilə Şəhidlər xiyabanında ucadılmış Əbədi məşəl abidəsinin eskizi yaradılıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bununla yanaşı, dünya ictimaiyyətini faciə barədə məlumatlandırmaq və dünya trendinə düşmək üçün “İrəli” gəncləri “Twitter”də #BlackJanuary, #20January1990, “20 Yanvar”, “Qanlı Yanvar” həştəqləri ilə aparılan kampaniyada aktiv iştirak ediblər.
Birlik tərəfindən həyata keçirilən silsilə tədbirlərin başlıca məqsədi qəhrəmanlıq tariximizin bu şanlı səhifəsini gənclərə çatdırmaq, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin müasir gənclikdə dövlətçilik ruhunu gücləndirməklə ölkənin gələcək taleyinə məsuliyyət hissini artırmaq olub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbəmiz 20 Yanvar şəhidlərinin və digər bütün şəhidlərimizin də ruhunu şad etdi, onların ailələrinə bir təsəlli oldu.
Digər Xəbərlər
19 Dekabr 2025 18:10
Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub
19 Dekabr 2025 17:55
Azərbaycanda ov mövsümü açılır - Sabahdan
19 Dekabr 2025 13:40
Elektron siqaretlərin reklamı qadağan edilir
19 Dekabr 2025 13:11
Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
19 Dekabr 2025 13:06
Əkin yerinin yandırılmasına görə yeni cərimələr
19 Dekabr 2025 11:34
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
19 Dekabr 2025 11:10
“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi...”
19 Dekabr 2025 10:06


Bakı -°C

