“İRƏLİ” İctimai Birliyi ulu öndərin anadan olmasının 100 illik yubileyini silsilə tədbirlərlə qeyd edib
“İRƏLİ” İctimai Birliyi müstəqil və müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini silsilə tədbirlərlə qeyd edib.
Təşkilatın Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, həyata keçirilən tədbirlər planının əsas məqsədi həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışmış dahi rəhbər, ümummilli lider Heydər Əliyevin zəngin irsi və onun əsasını qoyduğu müasir azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğindən ibarətdir.
Baş tutmuş tədbirlər çərçivəsində “İRƏLİ” İctimai Birliyinin kollektivi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Qeyd olunub ki, təşkilat tərəfindən “100 ildən 1 an: böyük ömürdən örnəklər” adlı ümumrespublika esse müsabiqəsinə start verilib. Müsabiqə “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti”, “Vətən müharibəsinə qazanılmış qələbədə ulu öndər ideyalarının rolu”, “Ümummilli lider - Müstəqil Azərbaycanın qurucusu kimi” və “Heydər Əliyev və müasir azərbaycançılıq ideyası” olmaqla 4 müxtəlif istiqaməti əhatə edir.
132-134 nömrəli təhsil kompleksində “Heydər Əliyev - 100: Böyük ömrün dastanı” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib. 150-dən çox gəncin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, tanınmış kinorejissor Vaqif Mustafayev ulu öndər Heydər Əliyevlə müxtəlif zamanlarda baş tutmuş görüşlərindən, eləcə də, müəllifi olduğu, ümummilli liderə həsr olunmuş sənədli filmlərindən söhbət açıb. Tədbirdə, həmçinin təhsil kompleksinin şagirdlərinin ifasında müstəqil və müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya səsləndirilib, səhnəciklər təqdim olunub.
“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan musiqi mədəniyyətinin inkişaf perspektivləri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Əyyub Quliyev, teatrın solistləri - əməkdar artist İnarə Babayeva və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə çıxışları zamanı ümummilli liderin mədəniyyət sahəsinə olan diqqət və qayğısı, habelə indiyədək istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işləri qeyd ediblər. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanınması ulu öndərin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir.
Tədbirlər planının davamında bir sıra təhsil müəssisələrində gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu, bədii qiraət müsabiqəsi, habelə həndbol yarışı keçirilib. 7 müxtəlif məkanda ümumilikdə 500-dən çox gəncin iştirakı ilə keçirilən yarışlarda iştirakçılar birincilik uğrunda mübarizə aparıblar.
Bildirilib ki, ulu öndərin anadan olmasının 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində “İRƏLİ” İctimai Birliyi tərəfindən paytaxt və bölgələrimizdə tədbirlərin icrası ilboyu davam etdiriləcək.
Digər Xəbərlər
24 Dekabr 2025 13:29
“Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlanılıb
24 Dekabr 2025 08:03
SCIENTIFIC AND ACADEMIC COOPERATION
12 Dekabr 2025 09:00
DÜNYA İLƏ ƏLAQƏLƏRİMİZ MÖHKƏMLƏNİR
05 Dekabr 2025 09:00
BU YERLƏRƏ BİR DƏ GƏL
01 Dekabr 2025 10:40
Azərbaycan gəncləri üçün interaktiv idman, əyləncə və sağlam həyat platforması - GəncFit
28 Noyabr 2025 09:00
MÖHTƏŞƏM QƏLƏBƏMİZ DÜNYAYA SƏS SALDI
25 Noyabr 2025 21:36
“LS Academy” növbəti layihəsini uğurla həyata keçirdi
21 Noyabr 2025 09:00


Bakı -°C

