İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni baş rejissor təyin olundu
Rejissor Gümrah Ömər İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru təyin edilib.
Bu barədə Adalet.az-a açıqlama verən rejissor teatrda görüləcək işlərdən danışıb:
“Bildiyiniz kimi İrəvan teatrı Qərbi Azərbaycandan gəlib, burada məskunlaşan teatrımızdır. Qədim tarixi və ənənələri olan teatrdır.Bizim həm xalq, həm də dövlət olaraq Qərbi Azərbaycana qayıtmaq haqqında konsepsiyamız var ki, bu teatr da hər zaman o konsepsiya üzərində öz repertuar siyasətini qurmağa çalışıb. Təbii ki, bu onların həm mənəvi, həm də peşəkar haqqıdır. Biz də İrəvan teatrı ilə zaman-zaman əməkdaşlıq etmişik.Bu istiqamətdə də əsərlər hazırlamışıq.
Düşünürəm ki, İrəvan teatrı ənənəsinə sadiq qalacaq.Teatr prossesində baş verən bütün canlı prosseslərə açıq olacaqdır. Bu barədə düşünürük. Teatrda ilk görəcəyimiz iş bu teatrın bütün potensialını bir araya gətirib, bu istiqamətdə çalışmaqdır.
Nəzərinizə çatdırım ki, İrəvan teatrının binası yeni təmirdən çıxıb. Ancaq bina hələ təhvil verilməyib. Düşünürəm ki, yaxın zamanlarda bina təhvil veriləcək. Hazırlanmış tamaşalar və gələcəkdə hazırlanacaq tamaşalar binanın öz tamaşa salonunda nümayiş olunacaq”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15


Bakı -°C

