"İşğal və təcavüz faktı olmasaydı..." - Prezidentin köməkçisi
İşğal və təcavüz faktı - Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi əməllər olmasaydı, Azərbaycan bu gün yaşıl transformasiya fəaliyyətində və tədbirlərində daha böyük nailiyyətlərə imza atmış olardı.
Adalet.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanın yaşıl transformasiya siyasətinə maneələr yaratdığını, ölkəmizin resurs və hədəflərinin başqa istiqamətə doğru yönəldiyini vurğulayan Prezidentin köməkçisi qeyd edib: “Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur zonası sıfır atıq zonaları kimi bərpa edildi. Bununla da Azərbaycan özünün yaşıl transformasiya və bərpaolunan enerji resurslarının yaradılması siyasətinə daha böyük resurslar ayırmaq imkanı əldə etdi. Bu, həmişə bizim gündəliyimizdə prioritet olub. Lakin işğal və təcavüz faktı aradan qaldırandan sonra Azərbaycan daha böyük imkanlarını bu seqmentə səfərbər etmək imkanı əldə etmiş oldu”.
Digər Xəbərlər
14 Noyabr 2026 21:10
“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” - VİDEO
14 Noyabr 2026 19:07
Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək
14 Noyabr 2026 19:01
”Bakı və London münasibətləri yeni geosiyasi reallıqlara uyğunlaşdırılıb”
14 Noyabr 2026 11:26
“Prezidentin səfərləri milli maraqlar naminə diplomatiyanın səfərbərliyidir”
14 Noyabr 2026 10:44
“Moskvanın bu cür tələbləri irəli sürməsi onun Ukraynaya qarşı...”
13 Noyabr 2026 18:29
Prezidentlə xanımının İrlandiya səfəri BAŞA ÇATDI - VİDEO
13 Noyabr 2026 17:13
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlandı
13 Noyabr 2026 12:57


Bakı -°C

