01 May 2019 18:06
11196
MƏMLƏKƏT

İSLAM MƏDƏNİYYƏTİ ANLAYIŞI

Mədəniyyət termini geniş mənada müəyyən tarixi dövrlərin,ictimai-iqtisadi formasiyaların, konkret cəmiyyətlər, xalq və millətlərinmaddi-mənəvi inkişaf səviyyəsini səciyyələndirmək,həmçinin fəaliyyət və həyatın spesifik sahəsini bildirmək üçün işlədilir. Məhdud mənada isə o yalnızinsanların mənəvi həyatına şamiledilir.

Elm və digər mənəvi dəyərlər sözsüz ki, mədəniyyət üçün mühüm alət vəvasitədir. Lakin bu heç də o anlama gəlmir ki, elm və texnikada irəlidə olan millətlərin mədəni olması üçünyalnız o dəyərlər kifayətdir. Başqa sözlə, hər savadlı və alim ziyalı, hərsilahlı və mücahid də qazi sayılmaz.

İslam mədəniyyətinin əsası Rəbbkəlamlarıdır

İslam mədəniyyəti Rəbb kəlamlarındanqaynaqlanan Quran hikmətinə söykənir. Həmin səbəbdən səməvi kəlamlarxaricində olan hər bir mədəniyyət qeyri-islami, fani və batildir. Çünki onun əsasınıbir təbəqə və sinfin (və ya xalqın) bilavasitə və ya dolayısı ilə digəri üzərində istismarı təşkil edir.

Qeyri-islami mədəniyyət ictimai-siyasi həyatda istinad nöqtəsi kimi qüvvəvə təhdidi qəbul edir. Bu fəlsəfə"haqlı qüvvətlidir” yox, demokratiya pərdəsiarxasında "qüvvətli haqlıdır”prinsipini önə çəkir. Bir neçə qüvvətli dövlətin dünya üzərində bilavasitə və ya dolayısı ilə ağalığı,müxtəlif bəhanələrlə onları öz iradəsinə tabe etdirmək iddiası məlumprinsipdən doğur. Elə BMT-də 5super dövlətin "veto” hüququ da həmindüşüncənin məhsuludur. Bu mədəniyyətinhədəfi mənfəətdir. Mənfəətideologiyasının nəticəsi isə müdaxilə etmək və hərbdir. Dünyada bazar və mənfəətuğrunda baş verən bütün münaqişə və müharibələr, diktator rejimli ölkələr daxilindəki "sən qazan mən yeyim” prinsipi dəhəmin təməl üzərində qurulur. Bu zaman qüvvə təcavüzlə, mənfəət boğuşmaqla,müharibə və münaqişələr isə bütöv bir xalq və ya çoxluğun istismarı ilətanınır.

Məs., demokratiya, insan haqq və azadlıqlarını "qorumaq” məqsədilə İraq, Tunis, Liviya,Misir, Suriya kimi müsəlman ölkələrinəqoşun yeridən mənfəət ideologiyasıhəmin ölkələrdə bu dəyərləri bərqərar etdimi? Əsla yox! Onlar mənfəətlərinitəmin etmək üçün həmin ölkələrdə Qərb mədəniyyətini tələb edən "demokratik”qurumları demokratiya tələsinə salıb,bölgədə vətəndaş müharibələrini alovlandırdı. Nəticə göz qabağında... Ümumiyyətlə,bəşəriyyətin altıda birinin səfalət, yoxsulluq və faciə içərisində yaşamasına səbəb belə istismarçımədəniyyət məfkurəsinin felən reallaşdırılmasıdır.

Allah bəşəri mədəni yaradıb. Yəni insan cəmiyyət halındayardımlaşaraq yaşayan nadir, əxlaqlı və dərk edən varlıqdır. İslam mədəniyyəti bütün insanları ruh, düşüncə və bədənbaxımından rahat yaşatmaq deməkdir. O, cəmiyyətvə fərdin yaşamaq haqqını, malını, söz azadlığı, etiqad və nəslini (bu beş dəyərəİslamın varlıq qayəsi deyilir) Rəbbin əmanətləri qəbul edir. Burada həmin dəyərlərətəcavüz yolverilməzdir. İnsan həm də Allahın Yerdəki xəlifəsi, canişini və təmsilçisidir.Bu baxımdan Quran hikməti istinad nöqtəsi kimi qüvvəni yox, Allahın Haqq vəAdil sifətlərinin təcəllisi olan haqq və ədaləti qəbul edir. Çünki haqqa söykənənmədəniyyət Allahın Salam sifətinintəcəllisi olan sülh və ittifaqa vəsilədir.Bu hikmətdə qayə, mənfəət əvəzinə fəzilət və Rəbbin rizasıdır. İslam mədəniyyətiictimai həyatda nifrətə səbəb olan mücadiləəvəzinə ədalətli yarış və qarşılıqlı yardımlaşmanı əsas götürür (bax: Məidə44-48). Rəbb buyurub: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbirolun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə yardım göstərməyin”(Məidə, 2).

İslam mədəniyyətində haqqın şəni (vəzifəsi, ad-sanı) ittifaq, fəzilətinşəni həmrəylik, yardımlaşmanın şəni isəkömək və imdaddır. İslamda silah və qüvvə mənfəət və təcavüzə xidmət etmir.Burada güc aparatı Quran hikmətinin gözətçisi,İslam nurunun mühafizəçisi kimi sırf müdafiəxarakterlidir. İslam hərb hüququ humanist, insani və insafidir. O,müharibədə əks tərəfin uşaq və qadınlarına, qoca və xəstələrinə, flora və faunaaləminə xəsarət yetirmir. Bu hüquq maddi, mənəvi dəyərləri dağıtmır, əsirlərləyaxşı davranır. İslamda qalib əsgərin tamahını azaltmaq üçün qənimət onu ələkeçirənə deyil, dövlətə aid edilir. Dövlət də bütün qənimətlərin 4/5-ni döyüşdəiştirak edən əsgərlərə, 1/5-ni isə büdcəyə keçirir. İslam hüququ haqqın bərqərarınınqarantıdır. İsgəndəriyyəni fəth edən İslam sərkərdəsi az sonra bildi ki, Bizans ordusuböyük bir qüvvə ilə şəhərə gəlir. Qüvvələri real şəkildə müqayisə edən komandan xristianların liderini çağırıb, bir az əvvəl xristiancamaatdan toplanan vergini ona qaytardı.Sərkərdə qarşı tərəfin səbəb axtaran heyrətli baxışlarına cavab olaraq dedi:"Biz sizi müdafiə etmək üçün vergi topladıq. Fəqət gələn düşməni dəf edəcəkgücümüz olmadığı üçün, sizdən aldıqlarımızda bizim heç bir haqqımız yoxdur”.

Mən sizin çoxluğunuzla fəxr edirəm

İslamda konkret obyektiv şərtlərdaxilində eyni vaxtda dördə qədərqadınla evlənmək Rəbb tövsiyyəsidir.Qeyri-islami mədəniyyət isə buistisnanı qəbul etməyib, reklam etdiyi dəbdəbəli zinaxanalaraüstünlük verir. Burada kişi və qadın"azad”dır. Şəhvət isə qısır olduğu üçün, nəsil və nəcabətdən söhbət gedə bilməz. Məqsəd də bu təbii hissi sadəcə təmin etmək və sonrada qanuniləşən zinanın vergisini büdcəyə keçirməkdir. Bu az imiş kimi, müasir Qərb fəlsəfəsi kişinin kişi, qadının qadınla zinasını mədəniyyətin, müasir insanazadlığının tərkib hissəsi kimi qəbuledir. Maraqlıdır ki, bilavasitə Rəbbə vəOnun kitabları Tövrata, İncilə və Qurana asi olan belə haram, biabırçı və qısırizdivac inaqurasiya vaxtı Bibliyaya andiçən bəzi prezidentlərinseçkiqabağı siyasi vədlərinin tərkib hissəsi olur. Elə isə hansı əmələinanmalı? Homoseksualizmi lənətləyən Bibliyaya anda, ya homoseksualizmi qanuniləşdirənişə?

İzdivacdakı hikmət yalnız şəhvət hissini öldürmək olsaydı, onda nəsilartırmaq ya onuncu dərəcəli bir iş, ya da ümumiyyətlə lazım olmazdı. Halbukibütün heyvanat və nəbatat aləmi təsdiq edir ki, izdivacdakı hikmət və qayə nəsilartırmağa xidmət edir. "Uşaq olmayan evdə bərəkət yoxdur. Evlənin, çoxalın, mənsizin çoxluğunuzla fəxr edirəm” – ifadəsi Peyğəmbər (ə) kəlamıdır. Həmin səbəbdən şəhvəthissi nəsil artırmaq üçün Rəbb tərəfindənbəşərə verilən bir avans, vasitə və ərmağandır. O ki, qaldı dünyəvi ləzzətlərə,bu barədə Peyğəmbər (ə) buyurub: "Şəriətdə icazə verilən ləzzətlər keyfəkafidir. Harama girməyə ehtiyac yoxdur”.

İslamda qeyri-müsəlmanların tənqid etdiyi çoxarvadlılığa gəlincə, İslam dünyasında minlərlənigahdan yalnız 10-15-i çoxarvadlılıqlabağlıdır. Qərbdə aparılan sorğular isətamamilə əks nəticələr verib. Belə ki, Qərbölkələrində hər min kişidən yalnız biriarvadına xəyanət etmir. "Madmuazel” terminini leksikonundan çıxaran Avropada təkarvadlılıq yalnız nəzəri cəhətdən mövcuddur. "Ailəböhranı” problemilə üzləşən Qərbdəki bəzi dövlətlər hətta ər-arvaddan birinin o birinə xəyanətinəqanuni baxır və bu xəyanətə haqq qazandırır. Və qəribəsi budur ki, ər-arvad xəyanətini qanuniləşdirən belə "müasir mədəniyyət”guya ailənin dağılmamasına xidmət edir.

Allahu-Təalə bir kişi müqabilindəbir qadın yaradıb. Bu tarazlıq yalnız Onun iznilə və yalnız müstəsnahallarda (məsələn, müharibə şəraitində) dəyişir. Deməli, təkarvadlılıq İslamıntəbiətindədir. Sual oluna bilər: bəs onda nəyə görə Quran bəzi hallarda dördarvad almağa icazə verir? Əvvəla, Quranzinanı qəti qadağan edib. İkincisi, Quran Qərb tərzincə formal, yalançı, xəyanətkar təkarvadlılıqlarazılaşa bilməzdi və razılaşmır da. Burada təkarvadlılıqla çoxarvadlılaqdan birini seçmək məsələsi dədurmur. İslam dünyasında qanuni məhdud-aşkarçoxarvadlılıq halları ilə Qərbdəartmaqda olan gizli-haramçoxarvadlılıq hallarından birinin seçilməsi məsələsi durur. Başqa sözlə,zinanı haram sayan İslam, təkarvadlılığı əmr etməklə yanaşı, xüsusi hallarda vəmüəyyən tələblər daxilində maksimum dördəqədər arvad almağa da qadağaqoymur...

Müsəlman üçün yataq otağı ailə və ümmət namusunun məbədi kimi çox müqəddəsdir. Çünki soy, nəsil oradamayalanır və orada inkişaf edir. Həmin səbəbdən, o sehrli guşə hər kəsəaçılmaz. Ora nəinki kənar şəxs, həttadigər ailə üzvləri də istədiyi zaman girə bilməz. Namuslu bir adamı həmin guşəyə zorən aparsalarbelə, o, aldığı tərbiyə nəticəsindəorada yata bilməz və Yusif (ə)peyğəmbər kimi köynəyi arxadancırılar... Çünki başqasının ora müdaxiləetməsi , ən azı, göz zinasından başqabir şey deyil. Unutmamalı ki, "uşaq yatağa aiddir, zina edənə isə daş”Peyğəmbər (ə) kəlamıdır.

İslam fitrata zidd əməlləri haram sayır

İslam dini elmə çox böyük qiymət verir. Belə ki, digər səməvikitablardan fərqli olaraq, Quran ayələrinin kifayət qədər hissəsi elm və onunmüxtəlif sahələrindən bəhs edir. Peyğəmbər (ə) isə "Öyrənin –beşikdən qəbrə qədər”– buyurub. Fəqət İslam mədəniyyəti heyvanat aləmində sırf cinsin qorunması vəya mükəmməlləşdirilməsi baxımından əhəmiyyət kəsb edən süni mayalanmanın elməistinadən insanlara tətbiqini fitrata zidd sayır. Çünki bu metod nəslindavamına, soy ağacının inkişafına, məxsusi xasiyyət və xarakterlərin yoxolmasına vəsilə, miras və nigah kimi hüquqi əsasları və məhrəmiyyəti gəmirənşeytani bir yoldur. İslam ailə vəhdətini xüsusi əhdləşmə olan nigaha bağlayır.Nigahsiz dünyaya gələn uşaq nəsəbsiz, ata və ana isə zinakardır. Bu baxımdansüni mayalanma vasitəsilə dünyaya gələnuşaqla zinadan doğulan körpə arasında yalnız bir fərq var. O da sünimayalanmada Rəbbə açıq-aydın asilik, zinada isə gizli asilikdir. Bu baxımından,İslam mədəniyyəti fitrata aid qanunları dəyişdirmədə və ya onları ləğv etmədə nəinkiheç kimə haqq qazandırmır, əksinə, o bu əməli haram hesab edir. Çünki belə təşəbbüs,xilqət və fitratı əzəldən əbədə qədər müəyyənləşdirən Allaha qarşı fironluqdur.

İslamın işləyən qadın və uşaq tərbiyəsinə münasibəti

İslam hikmətinə görə, "işləyən qadınvə iş-uşaq” münasibətində hər üçtərəf müəyyən dərəcədə zərər çəkir. Lakin ən çox zərbə uşaqlara dəyir. Çünkionların tərbiyəsi hörmət və məhəbbət yox, pul qazanmaq məqsədi güdən adamlara həvaləedilir. Uşaq yalnız valideynlərinin nəzərində əhəmiyyətli şəxsdir. Qulluqçu, tərbiyəçiyəgəlincə, onun nəzərində uşaq əksır hallarda pul qazanmaq üçün bir vasitədir.Uşaq bağçalarının, körpələr evinin vəzifəsi onları tərbiyə etməkdən dahaçox himayə etməkdir. Fransız mütəfəkkirixristian J.Russo yazıb: "Hər hansı şəxsin həqiqətən insan tərbiyə etməsi üçün oya valideyn, ya da insandan böyük bir şey olmalıdır. Siz isə bu vəzifəni vicdanrahatlığı ilə muzdlu adamlara tapşırırsınız. Hamını əsl vəzifələrinə qaytarmaqistəyirsinizmi? Onda analardan başlayın, gözləmədiyiniz dəyişikliklərləqarşılaşacaqsınız. Hər bir şər əməl bu ilk əyintidən törəyir”.

Əlbəttə, bu sözlər qətiyyən qadını ictimai həyatdan təcrid etmək kimibaşa düşülməməlidir. İslam qaynaqlarında elə bir göstəriş yoxdur ki, qadınınevdən kənar iş və fəaliyyəti qadağan edilsin. Əksinə, qadının bu hallarda işləməsizəruri və başa düşüləndir: a) ərsiz olub uşaqlarını və ya valideynlərini dolandırırsa;b) uşağı yoxdursa və ya uşaqlarını ərsəyə çatdırıbsa və evdən kənarda faydalıbir iş görməsi çətin deyilsə; c) həmin işlər qadının özünə və təbiətinəuyğyndursa; d) müharibə vəziyyətində və ya fövqladə hallarda və sairə. Bir sözlə,problemə İslamın baxışı belədir ki, qadın və uşaqları onun evdənkənar işininqurbanı olmamalıdır.

İslam aləmi Qərbdən əmək ruhu, təşkilatçılıq, nizam-intizam, elm vətexnikanın inkişaf etdirilməsi üsullarını əxz edə bilər və etməlidir. Lakin Qərbheç vəchlə həyat fəlsəfəsi, əxlaq prinsipləri və xüsusən ailə həyatı ilə məsələlərdənümunə ola bilməz.

İslam yardımlaşma dinidir

Hər hansı cəmiyyət və ölkədə varlı və yoxsul təbəqınin əmin-amanlıqiçərisində birgə yaşaması müəyyən şərtlər daxilində mümkündür. Bu tarazlığın əsasıisə varlı təbəqənin mərhəmət və şəfqət hissinə yoxsul təbəqənin müvafiq hörmət vəehtiramıdır. Varlı zümrə kasıb zümrəyə zülm edərsə, əxlaqsızlıq, mərhəmətsizlikgöstərərsə, kasıb təbəqənin kin və həsədi inqilab və üsyanla nəticələnər. Məs;İslam mədəniyyəti varlı təbəqə ilə yoxsul təbəqəni antoqonist ziddiyyətə sürükləyənsələmi qadağan edir. Çünki sələm işə sərf edilməyən pulun oturduğu yerdə qazancgətirməsidir. Bu isə varlını daha varlı, yoxsulu isə daha yoxsul edir. Bax, beləbəlalar olmasln deyə, Quran dəfələrlə təkid edir ki, zəkat verin, sələmdənuzaqlaşın, harama girməyim, qardaşlaşın, əməli saleh olun. Məlum mövzuya toxunan Peyğəmbər (ə) buyurub:"İnsanın başqasına bir günlük yardımı onun bir aylıq ibadətindən xeyrlidir”.

Allahın öz qüdrət və hikmətindən insanlar üçün yaratdığı Yer kürəsiorada yaşayan xalqların nəyə qadir olduğunu nümayiş etdirən bir sərgisalonudur. Burada Rəbb və Peyğəmbər (ə) kəlamlarından felən bəhrələnməyən hərhansı ölkə və cəmiyyət formaca nə qədər islami olsa da, fəqət, mahiyyətetibarilə o, qeyri-islami mədəniyyətin daşıyıcısıdır. Əksinə, formaca qeyri-islamiadlanan bir ölkə və cəmiyyətdə Rəbb və Peyğəmbər (ə) tövsiyyələrinin təntənəsifelən mövcuddursa, orada mahiyyətcə İslam mədəniyyətinə sahib çıxılır. Çünkibütün bəşərə rəhmət olaraq göndərilənQuran Rəbbə asi bir para başıpozuğun nəfs və həvəsini yox, yalnız ümumə və ya əksəriyyətəsəadət gətirən bir mədəniyyəti qəbul edir. Biz də iman, elm və iradə vəhdətiləAllaha bu mədəniyyət istəyinin reallaşması üçün dua edirik.

Vaqif CƏLİLOĞLU

T.e.üzrə fəlsəfə doktoru