adalet.az header logo
  • Bakı -°C
20 Avqust 2026 13:40
58
HADİSƏ
A- A+

İsmayıllıda iki avtovobil toqquşdu: 2 nəfər öldü - YENİLƏNİB

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Adalet.az-ın məlumatına görə, qəzada ümumilikdə 6 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

13:18

İsmayıllıda ölümlə nəticələnən ağır qəza olub.

Adalet.az xəbər verir ki, rayon ərazisində  “Hyundai” və “"Lynk & Co” markalı avtomobillər toqquşub. Nəticədə “Hyundai”da olan 2 nəfər həyatını itirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.