İsmayıllıda məktəblini avtobus vuraraq öldürüb - YENİLƏNİB

İsmayıllıda məktəblini avtomobil vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, bu gün saat 18:20 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Şahid İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
19:31
İsmayıllıda məktəblini avtomobil vurub.
Adalet.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə rayonun Lahıc yolu istiqamətində baş verib.
Qobustan sakini 2010-cu il təvəllüdlü Cəfərov Asəf Valeh oğlu hadisə nəticəsində dünyasını dəyişib.
Məktəblinin İsmayıllıda qonaq olduğu ehtimal olunur.
Fakt araşdırılır./apa
Digər Xəbərlər

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO

“Vialon” MMC sakinlərlə razılaşmadan söküntü aparır - VİDEO

Hacıqabulda bəzi əraziləri su basdı - 2 nəfər təxliyə edildi -VİDEO
