İspaniyanın baş naziri parlamenti buraxır
İspaniyanın baş naziri Pedro Sançes mayın 29-da parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək qərarına gəldiyini açıqlayıb.
O, bu barədə qərarını dövlət başçısı, kral VI Filipə bildirib.
Baş nazirin sözlərinə görə, seçkilər iyulun 23-də keçiriləcək. Sançes qərarını mayın 28-də keçirilən regional və bələdiyyə seçkilərinin nəticələri ilə əsaslandırıb.
Səsvermənin nəticələrinə görə, iradənin ifadə olunduğu 12 muxtar icmanın əksəriyyəti Sançesin rəhbərlik etdiyi İspaniya Sosialist İşçi Partiyasının ənənəvi rəqibi olan mühafizəkar Xalq Partiyasını dəstəkləyib.
Qeyd edək ki, krallıqda ümumi seçkilər 2023-cü ilin sonuna təyin edilmişdi.
Digər Xəbərlər
23 Sentyabr 2026 22:10
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü
23 Sentyabr 2026 21:00
Ərdoğan şeir söylədi, Binali Yıldırım göz yaşlarına boğuldu - VİDEO
23 Sentyabr 2026 20:00
Hindistan meymunların hücumunda - Daha bir nəfər öldü
23 Sentyabr 2026 19:46


Bakı -°C

