"İsrail "Eurovision" müsabiqəsindən kənarlaşdırıla bilməz"
Almaniya kansleri Fridrix Merz bildirib ki, İsrailin "Eurovision" Mahnı Müsabiqəsində iştirakdan kənarda qalması qalmaqal olardı.
Adalet.az xəbər verir ki, o, bu barədə ARD telekanalına müsahibəsində deyib.
"Mən hətta belə bir şeyin müzakirə edilməsini də qalmaqallı hesab edirəm. İsrail bu cəmiyyətin bir hissəsidir", - Merz ifadə edib.
Onun sözlərinə görə, belə bir ssenaridə Almaniya müsabiqədən çıxmalı olacaq. Avropa Yayım Birliyi (EBU) noyabrda İsrailin may ayında Vyanada keçiriləcək 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirakını müzakirə etmək üçün xüsusi onlayn iclas keçirməyi planlaşdırır.
Bundan əvvəl İspaniyanın dövlət televiziyası RTVE İsrail təmsilçisinin səhnəyə çıxacağı təqdirdə müsabiqədən çıxacağını açıqlamışdı. Səbəb kimi İsrailin Qəzza zolağında hərbi əməliyyatları göstərilib. İrlandiya, Sloveniya, İslandiya və Niderlandda da oxşar fikirlər səsləndiriblər.
Digər Xəbərlər
15 Noyabr 2025 17:57
Van Dammın gəlini Şuşadan PAYLAŞIM ETDİ - FOTO
13 Noyabr 2025 13:31
Bilal Əliyev: “Heydər Əliyevin qarşısında səhnəyə çıxanda hər dəfə təzə ağ kostyum geyinirdim”
12 Noyabr 2025 16:23
Səidə Haqverdiyeva Rəşad Əhmədzadədən boşanır
12 Noyabr 2025 12:12


Bakı -°C

