16 Iyun 2025 15:42
395
DÜNYA

İsrail itkilərini AÇIQLADI

İsrail hökumətinin məlumatına görə, İranın İsrailə raket hücumları nəticəsində üç gün ərzində 24 nəfər ölüb, 600-ə yaxın adam yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin rəsmi bəyanatında deyilir. 

"İyirmi dörd nəfər həlak olub, 592 nəfər yaralanıb: 10 nəfərin vəziyyəti ağır, 36 nəfərin vəziyyəti orta ağır, 546 nəfərin vəziyyəti isə yüngüldür", - deyə qeyd olunub. 

Həmçinin qeyd olunub ki, son günlər İran raketlərinin İsrailə düşməsi ilə bağlı 30 hadisə qeydə alınıb, ümumilikdə 370 raket atılıb.