Rusiya, Belarus, İspaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB

Rusiya, Belarus, İspaniya və digər ölkələrin vətəndaşları kiçik qruplar şəklində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.
Adalet.az-ın məlumatına görə, təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.
Bu gün axşama doğru intensivlik müşahidə olunur. Qeyd edək ki, təxliyə edilənlər ölkələrinə qayıtmaları üçün avtobuslarla hava limanına aparılır. Hazırda keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə faəliyyət göstərərək İrandan təxliyə olunan əcnəbiləri qəbul edir.
Xatırladaq ki, daha əvvəl Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunub.
***19:33
Bir qrup Belarus Respublikası vətəndaşlarının Azərbaycan Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçidi başlayıb.
Adalet.az xəbər verir ki, qrup üzvləri arasında azyaşlılar da var.
Qeyd edək ki, gün ərzində Azərbaycan dövləti vasitəsilə öz ölkələrinə getmək istəyənlərin təxliyəsi davam edir.
Digər Xəbərlər

DİN-dən Kürdəmirdəki hadisələrlə bağlı AÇIQLAMA

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır - FAKTİKİ HAVA

Müdafiə Nazirliyi həftəlik icmalı - VİDEO

DİN-in kursantları Heydər Əliyevin məzarını ziyarət ediblər - VİDEO

Zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - QMİ rəsmisi

Qırğızıstanın İrandakı səfirliyi Azərbaycan hökumətinə təşəkkür etdi
