25 Iyul 2024 13:58
321
DÜNYA

İsrail Qəzzanı bombalamaqda davam edir

İsrailin müdafiə ordusu TSAXAL məlumat verir ki, son gün ərzində HƏMAS-ın Qəzza bölgəsində yerləşən obyektlərinə 60-dan çox zərbə endirilib.

 Hərbi idarədən vetilən məlumatlara görə, Fələstin anklavının mərkəzi və şimal bölgələrundə əməliyatlar davam etdirilir.

 İsrail hərbiçilərinin Xan Yunusda keçirdiyi kombinasiyalı əməliyatlar nəticəsində, 50-yə yaxın infrastruktur obyektləri və onlarla terrorçu məhv edilib.

 Anklavın səhiyyə nazirliyindən  bildirilib ki, İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində 70 nəfər şəhər sakini öldürülüb, 200-dən çox adam isə yaralanıb.

 Rüstəm Hacıyev