13 Oktyabr 2024 22:06
109
DÜNYA

İsrailə PUA hücumu: Hava sirenləri işləmədi, onlarla insan yaralandı - VİDEO

"Hizbullah"a məxsus pilotsuz uçan aparat İsrailin şimalına hücum edib.

Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, PUA-nın partlaması nəticəsində azı 40 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.  Zərərçəkənlər helikopterlə xəstəxanaya yerləşdirilib. Qurbanların sayının artacağı gpzlənilir.

Hadisə Binyamina rayonunda baş verib. Məlumata görə, hava hücumu sirenləri işləməyib.