13 Oktyabr 2024 17:35
124
İQTİSADİYYAT

Nə yeyiriksə, vallah, qorxuruq...  

İndi dünyanı saxta məhsullar  başına götürüb.Hətta bir çox ölkələrdə  saxta düyü , saxta ət də istehsal olunur və üçünçü ölkələrə göndərilir.Heç şübhəsiz ki, bizim də ölkə belə təhlükədən uzaq deyil.

Amma sovet dönəmində məmləkətimizə bu  qədər saxta və mənşəyi bilinməyən məhsullar gətirilmirdi. İndi adam nə yeyirsə, qorxa-qorxa yeyir! Mağazalarda və bazarlarda satıla yağlardan , şirniyyat məhsullarından alıçılar çox narazılıq edirlər.  Bir dostum deyir ki, 8- çi Kilometr bazarından  süzmə aldım, gördüm içinə  palma yağı qatıblar.

Bu bazarda alıçıları çəkidə aldatmaqla yanaşı, həm də keyfiyyətsiz məhsullar satılır! Ölkəmizdə qida məhsullarına Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Onlar da bu işin öhdəsindən  yetərincə gələ bilmirlər, əgər gəlsəydilər , ölkəmizdə sayı- hesabı bilinməyən saxta və keyfiyyətsiz məhsullar bu qədər çox olmazdı. Xüsusi ilə qara çörəyin istehsal sahəsində  özbaşınalıq davam edir və əlaqədar qurum bu qanunsuzluğun  qarşısın ala bilmir.

Emil Faiqoğlu