14 May 2025 13:05
73
DÜNYA

İsraillə münasibətləri normallaşdırın - Trampdan Əş-Şaraaya çağırış

ABŞ Prezidenti Donald Tramp daha çox ölkənin İsraillə münasibətlərini normallaşdıracağına ümid etdiyini bildirib.

Adalet.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

ABŞ Prezidentinin sözlərinə görə, "regionda daha çox ölkə İsraillə münasibətlərin normallaşdırılması üçün “İbrahim Sazişləri”nə qoşulacaq".

O, həmçinin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaraanı sazişlər çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa çağırıb.