İsveç millisinin baş məşqçisi işdən qovuldu
Futbol üzrə İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson istefaya göndərilib.
Adalet.az İsveç Futbol Assosiasiyasının rəsmi saytına istinadla xəbər verir ki, onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qərar İsveç yığmasının 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrindən sonra verilib.
B qrupunun IV turunda doğma meydanda Kosovo yığmasına 0:1 hesabı ilə uduzan İsveç millisi 1 xalla sonuncu pillədədir. Komanda mundialın final mərhələsinə vəsiqə şansını itirib.
Qeyd edək ki, Yon Dal Tomasson 2024-cü ilin fevral ayından İsveç yığmasına başçılıq edirdi.
Digər Xəbərlər
15 Noyabr 2025 16:47
Ronaldonun qırmızı vərəqəsinə etiraz edəcəklər
15 Noyabr 2025 14:30
Qadın şahmatçılarımız dünya çempionatında çıxış edəcəklər
15 Noyabr 2025 13:31
Türkiyə Bolqarıstana qarşı
15 Noyabr 2025 09:45
Azərbaycan idmançıları daha 3 medal qazandılar
15 Noyabr 2025 08:30
DÇ-2026: Finlandiyada sensasiya, Almaniyadan qələbə
14 Noyabr 2025 13:13
“Napoli” - “Qarabağ” oyununa getmək istəyənlərin NƏZƏRİNƏ!
13 Noyabr 2025 22:52
Azərbaycan İslandiyaya məğlub oldu
12 Noyabr 2025 18:17


Bakı -°C

