İsveçdə keçirilən seçkilərdə Azərbaycan icmasının altı üzvü mandat qazandı
İsveç Krallığında keçirilən builki seçkilərdə iştirak edən Azərbaycan icmasının altı nümayəndəsi ölkə parlamentinin (Riksdaq) və yerli bələdiyyə məsliclərinin mandatını qazanıb.
Bu barədə Diasporla iş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, seçkilərin nəticələrinə görə, Alin Fazelian ölkə parlamentinin, İradə Əliyeva Söderberg Jönşöping bölgəsi üzrə regional məclisin, Xalidə Mərafət Huddinge bələdiyyə məclisinin, Aida Kərimli Vestra-Götaland region məclisinin, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin, Əminə Sadıqbəyli Solentuna bələdiyyə məclisinin üzvü seçiliblər.
Qeyd edək ki, İradə Əliyeva Söderberq Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi, fəal diaspor üzvü Turan Əliyev Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Əminə Sadıqbəyli Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Rahim Sadıqbəylinin qızıdır.
Diasporla İş üzrə Dövlət Komitəsi seçkilərdə qalib gələn soydaşlarımızı təbrik edir, ictimai-siyasi karyeralarında davamlı uğurlar qazanmağı arzulayır.
Digər Xəbərlər
24 Sentyabr 2026 17:56
Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü
24 Sentyabr 2026 17:39
Azərbaycan və Sent-Vinsent və Qrenadin arasında protokol imzalanıb
24 Sentyabr 2026 17:12
Azərbaycan bu ölkələrə texniki yardım göstərəcək
24 Sentyabr 2026 16:48


Bakı -°C

