İtaliya zibildən yanacaq düzəldir
İtaliyanın Maire Tecnimont şirkəti, təbii qazdan istifadəni qismən əvəz edə biləcək yeni yanacaq növü axtarışlarını davam eydirir.
Adalet.az xəbər verir ki, şirkət Rusiyadan alınan qazın 10 faizini əvəz edəcək, ekoloji cəhətdən təmiz olan zibildən kimyəvi və yanacaq məhsulları hazırlamağı planlaşdırır. Onlar hesab edirlər ki, zibilin yeni texnologiya ilə emalı ölkənin Rusiya qazından asılılığını azaldacaq.
Şirkət rəhbərinin Alessandro Berninin sözlərinə görə, hər il ölkə zibilliklərinə 16 milyon tona yaxın, ikinci emala yaramayan zibil atılır. "Biz bu zibilləri yenidən emal edərək, asılılığı azaltmaq üçün onlardan sintetik qaz ala bilərik. Bu təxminən illik tələbatın 10 faizini ödəyə bilər" /// İtaliyanın Eni neftqaz qrupu bildirib ki, 2025-ci ilədək Rusiya qazının alınmasından tam imtina etmək məqsədilə, digər şirkətlərlə müqavilələr bağlayırlar. Şirkət artıq Əlcazairlə müqavilə bağlayıb və Liviya, Anqola, Mozambiqlə müqavilələr bağlamağa yaxındır.
Xəbər verdiyimiz kimi, Rusiyanın Qazprom şirkəti Kanadaya təmir olunmaq üçün göndərdikləri ehtiyat trubinləri geri ala bilmədikləri səbəbindən, "Şimal axını" qaz kəməri vasitəsi ilə Avropaya ötürülən qazın miqdarını xeyli azaltmaq məcburiyyətində qalıb.
Rüstəm Hacıyev
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

