adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 May 2023 11:03
786
MƏMLƏKƏT

İTLƏR BLOKA GİRİR

Bu gün Bakı şəhərində o qədər sahibsiz itlər var ki, kəndlər bunun yanında yalan olub. Elə Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki 13 nömrəli binanın qarşısındakı qarajın üstündə hər gün 20-30 it uzanıb yatır. Gündüz saatlarında bu itlər hürmür və səs çıxartmırlar, amma axşam olanda itlər quduzlaşır, hürür, adamlara hücum edir və hətta bloklara girirlər.

Bir neçə gün bündan əvvəl itlərin 6-sı adanı çəkdiyimiz binanın ikinci blokuna girmişdi. Səhərə qədər hürdülər, hürdülər, axırda da qonşulardan biri əlinə ağac alıb, bitrəhətər itləri qovdu. Amma səhər yenə sürü ilə qarajın üstündə və həyətdə gəzməyə başladlar. Bu gün sahibsiz itlər çox adama hücum edir, onları tutur, yaralayır, hətta elə adamlar var ki, vaxtında peyvənd edilmədiklərinə görə və müalicə olunmadıqları üçün dünyalarını dəyişirlər.

Çox qəribədir, bizim ölkədə itlərni hüquqları müdafiə olunur, onlara güllə atmaq, vurmaq qadağan edilir, amma təhlukə qarşısında olan insanların həyatı haqqında düşünənlər yoxdur. Ona görə də bu gün Bakı şəhəri it sarıdan rayonları keçib və küçələrdə sahibsiz itlər kef eləyir və istədiyi adamı da tutur. Bax, bu nə vaxta qədər davam edəcək, onu deyə bilmərik?!

EMİL FAİQOĞLU