adalet.az header logo
  • Bakı -°C
11 Yanvar 2025 18:14
886
İDMAN
A- A+

Juninyo bu kluba keçir - Razılıq əldə olundu

"Qarabağ" Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubuna keçidindən 5 milyon avro qazanacaq.

Adalet.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Tərəflərin razılığa gəldiyi, "Flamenqo"nun sözügedən məbləği "Qarabağ"a hissə-hissə ödəyəcəyi bildirilib.

Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra "Flamenqo"ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.