Jurnalistlərin təlimi başa çatdı - FOTOLAR
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün keçirilən “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər yekunlaşıb.
Adalet.az xəbər verir ki, təlimlərin ikinci günündə də Tülin Daloğlu tərəfindən jurnalistlərə “Media məzmununun etik və peşəkar şəkildə idarə edilməsi”, “Mənbənin konfidensiallığı: Etik və hüquqi məsələlər”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Müəlliflik hüququ: Eksklüziv hüquqlar və müəllif hüquqlarının pozulması” və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Jurnalistlər üçün keçirilən təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Digər Xəbərlər
25 Sentyabr 2026 13:34
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək
14 Sentyabr 2026 19:12
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub - FOTOLAR
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29


Bakı -°C

